Prezident mətbuat konfransında 50-dən çox sualı cavablandırıb

16:05 - 26.02.2021


26 fevral, Fineko/abc.az. Xəbər verdiyimiz kimi bu gün Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirib.

ABC.AZ-ın məlumatına görə, mətbuat konfransı 4 saatdan çox davam edib.

Dövlət başçısı mətbuat konfransında 35 media qurumunun 50-dək sualını cavablandırıb.

Prezident İlham Əliyev jurnalistlərin suallarına dörd dildə - Azərbaycan, türk, ingilis və rus dillərində cavab verib.

 

Bütün xəbərlər