330x110
 

Azərbaycandan Gürcüstana uçuşlar bərpa olundu

01.03.2021,10:08


1 mart, Fineko/abc.az. Bu gündən etibarən Azərbaycan vətəndaşları hava yolu ilə Gürcüstana səfər edə biləcəklər.

ABC.AZ xəbər verir ki, bu gündən qüvvəyə minən yeni qaydaya əsasən bunun üçün neqativ koronavirus testin nəticəsi təqdim olunmalıdır.

Qaydalara əsasən, vətəndaşlar Gürcüstana daxil olmazdan əvvəl son 72 saat ərzində əldə edilmiş test cavabını hava limanında təyyarəyə minərkən təqdim etməlidir.

Həmin şəxslər Gürcüstana səfərlərinin üçüncü günündə yenidən öz hesablarına test verməlidirlər.

Müəllif: Elmir Murad