Bu ay 10 gün iş olmayacaq

10:30 - 1.03.2021


1 mart, Fineko/abc.az. Mart ayında 14 gün qeyri-iş günü olacaq.

ABC.AZ-ın məlumatına görə, Nazirlər Kabinetinin qərarına əsasən, ilk bayram 8 Mart - Beynəlxalq Qadınlar Gününə düşür.

Bununla yanaşı bu ay 2021–ci il martın 20-i, 21-i, 22-i, 23-ü, 24-ü Novruz bayramıdır.

Əmək Məcəlləsinə əsasən martın 20 və 21-i istirahət günlərinə düşdüyündən 25 və 26-sı da bayram günü hesab olunur.

Martın 27-si və 28- i isə həftəsonuna təsadüf edir. Beləliklə, mart ayında ümumilikdə 10 gün qeyri-iş günü olacaq.

 

Bütün xəbərlər