330x110
 

Gürcüstanda yoluxmadan ölənlər artdı - Statistika

01.03.2021,11:49


1 mart, Fineko/abc.az. Son 24 saatda Gürcüstanda ölkə üzrə 160 yeni yoluxma qeydə alınıb.

ABC.AZ-ın məlumatına görə, mövcud virusdan müalicə alan pasiyentlərdən 409 nəfər sağalıb.

Bu gün virusdan 10 nəfərin ölməsi ilə bərabər ümumilikdə 3520 nəfər həyatını itirib.

Beləliklə, bu günədək ölkədə koronavirus diaqnozu qoyulanların ümumi sayı 270.918 nəfərə çatıb.

Onlardan 265.523 nəfəri isə tam olaraq sağalıb.