Türkiyə iqtisadiyyatı böyüyüb – Ötən ilin hesabatı

11:59 - 1.03.2021


1 mart, Fineko/abc.az. 2020-ci ildə Türkiyədə istehsal olunmuş ümumi daxili məhsulun (ÜDM) dəyəri 2019-cu illə müqayisədə 1,8% çox olub.

ABC.AZ-ın Apa-ya istinadən məlumatına görə, bu barədə Türkiyənın Statistika Təşkilatının (TÜİK) hesabatında bildirilir.

Sənəddə həmçinin deyilir ki, ötən ilin IV rübündə ölkə iqtisadiyyatı əvvəlki ilin eyni dövrünə nisbətən 5,9%, əvvəlki rüblə müqayisədə isə 1,7% böyüyüb.

2020-ci ildə Türkiyədə kənd təsərrüfatında 4,8%, sənayedə 2% artım qeydə alınıb, inşaat və xidmət sektorları isə müvafiq olaraq 3,5% və 4,3% kiçilib.

Ötən il Türkiyə iqtisadiyyatına qoyulmuş investisiyaların məbləği əvvəlki ilə nisbətən 6,5% artıb.

Hesabat dövründə ölkədə ev təsərrüfatlarının xərcləri 3,2%, o cümlədən istehlak xərcləri 2,3% artıb.

 

Bütün xəbərlər