330x110
 

Azərbaycan sahibkarlarının avropa bazarına çıxmasına yardım olunacaq

01.03.2021,12:26


1 mart, Fineko/abc.az. Azərbaycan sahibkarlarının Rusiya bazarına meyvə-tərəvəz ixracı zamanı problem yaşamasın deyə onlara köməklik göstəriləcək.

ABC.AZ xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) 2020-ci ilin yekunlarına həsr olunmuş brifinqdə İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

O qeyd edib ki, sahibkarların xüsusilə, Avropa bazarına çıxarılması nəzərdə tutulur:

"Bu bazarda yerli sahibkarların daha çox rəqabət qabiliyyətli olmaqları zəruri olacaq. Onlar bazarları seçərkən məhsullarını elə təqdim etməlidirlər ki, rəqabətə tab gətirsin. Dövlət maliyyə dəstəyini, təşviq mexanizmlərini göstərəcək".