Yanvar ayında Azexport.az 54 milyon dollar gəlir əldə edib

14:14 - 1.03.2021


1 mart, Fineko/abc.az. Cari ilin yanvar ayında “Azexport.az” portalına 53,9 milyon dollar dəyərində ixrac sifarişləri daxil olub.

ABC.AZ xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın fevral sayında dərc edilib.

Qeyd edilir ki, yanvarda “Azexport.az” portalına ən çox ixrac sifarişi fındıq, toyuq əti, pambıq yağı, toyuq yumurtası, pambıq mahlıcı, biyan kökü, nar şirəsi və toxumu, kərə yağı, sarımsaq, şərab, çay, boya, kosmetik vasitə, xurma, diaqnostika cihazı və sair mallara daxil olub.

2017-ci ilin yanvarından cari il yanvarın 31-dək (49 ay ərzində) “Azexport.az” portalına 143 ölkədən daxil olan ixrac sifarişlərinin dəyəri 2 milyard 250 milyon dollar təşkil edib.

 


Bütün xəbərlər