330x110
 

Azərkosmos yanvar ayı üzrə gəlirlərini açıqlayıb

01.03.2021,16:39


1 mart, Fineko/abc.az. Yanvar ayında “Azərkosmos” ASC tərəfindən 21 ölkəyə 1,98 milyon dollar dəyərində xidmət  ixrac olunub.

Bu barədə ABC.AZ İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın fevral sayına istinadla xəbər verir.

Qeyd edilir ki, “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 84 faizini təşkil edib.

İxracı həyata keçirdiyi əsas ölkələr Birləşmiş Krallıq, Fransa, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, Pakistan və Türkiyə olub.