330x110
 

Neft Fondu tender qalibini elan edib

01.03.2021,17:06


1 mart, Fineko/abc.az. Dövlət Neft Fondu insan resurslarının idarəedilməsi (HR Management) üzrə məsləhət xidmətlərinin satın alınması ilə bağlı elan etdiyi tenderə yekun vurub.

ABC.AZ etender.gov.az -veb saytına istinadən xəbər verir ki, tenderin qalibi Ernst & Yanq Holdinqs (SiAyEs) Bi.Vi. şirkətinin Azərbaycan  filialı olub.

Qalib şirkətə 296 168 manat ödəniləcək.