Mərkəzi Bankın valyuta ehtiyatları artıb - Hesabat

10:18 - 2.03.2021


2 mart, Fineko/abc.az. Bu il fevralın 26-na olan məlumata görə, Mərkəzi Bankın valyuta ehtiyatları 6 milyard 367 milyon 600 min dollar təşkil edib.

ABC.AZ-ın məlumatına görə, bu, yanvar ayının sonu ilə müqayisədə 2,4 milyon dollar çoxdur.

Qeyd edək ki, bu il yanvarın 29-da Mərkəzi Bankın valyuta ehtiyatları 6 milyard 365 milyon 200 min dollar təşkil etmişdi.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər