"Türk Hava Yolları" şirkəti böyük zərər edib - Detallar

11:36 - 2.03.2021


2 mart, Fineko/abc.az. Türkiyənin milli aviadaşıyıcısı "Türk Hava Yolları" (THY) şirkəti 2020-ci ili 5,588 milyard lirə (təxminən 760 milyon ABŞ dolları) zərərlə başa vurub. Halbuki, aviaşirkət 2019-cu ildən 4,536 milyard lirə (təxminən 620 milyon dollar) mənfəətlə çıxmışdı.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bu barədə THY-nin ötənilki fəaliyyəti ilə bağlı hesabatında bildirilir.

Sənədə əsasən, milli aviadaşıyıcı 2020-ci ildə 46,4 milyard lirə (təxminən 6,3 milyard dollar) gəlir əldə edib.

Bu, 2019-cu ilə nisbətən 38,2% azdır. Hesabat dövründə aviaşirkətin xərcləri isə bundan çox, o cümlədən məzənnə fərqindən zərəri və faiz ödəmələri 5,906 milyon lirə (təxminən 805 milyon dollar) təşkil edib.

Bu isə illik müqayisədə 3,4 dəfə çoxdur.

 

Bütün xəbərlər