Mərkəzi Bankın pul bazası artıb - 81 milyon manat çoxalıb

11:48 - 2.03.2021


2 mart, Fineko/abc.az. Mərkəzi Bank 26.02.2021-ci il tarixinə pul bazasının həcmini açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, sözügedən dövrdə pul bazası 12 milyard 863 milyon manat təşkil edib.

Bu yanvar ayının sonu ilə müqayisədə 81 milyon manat artıq deməkdir.

Belə ki, yanvarın sonunda pul bazası 12 milyard 782 milyon manat təşkil etmişdi.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər