Vergidaxilolmaları proqnozu 118,7% icra olunub - Nazir

15:19 - 2.03.2021


2 mart, Fineko/abc.az. Biznes pandemiyadan sonrakı bərpadövrünə daxil olur.

ABC.AZ-ın məlumatına görə, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov Twitter səhifəsində qeyd edib.

Nazir bildirib ki, ilin iki ayının yekunları ürəkaçandır.

Onun sözlərinə görə, ilkin məlumata əsasən, vergidaxilolmaları proqnozu 118,7% icra olunub.

"Qeyri-neft-qaz sektorundan əlavə daxilolmalar 84,7 milyon manat təşkil edib",- nazir qeyd edib.

 

Bütün xəbərlər