Neft qiymətləri artır, Brent barrel başına $62,90 oldu

10:08 - 3.03.2021


3 mart, Fineko/abc.az. ABŞ-ın Neft İnstitutunun (API) ötən həftə ABŞ-da ehtiyatların artımını göstərən gecə Çərşənbə axşamı nəşr olunan məlumatlarına baxmayaraq, neftin etalon  markalarının qiymətləri çərşənbə günü ticarətində artır.

9:33 üçün London ICE Futures birjasında ticarət, Brent-in may fyuçersinin qiyməti barrel başına $0,20 (0,32%) - $62,90 səviyyəsinə yüksəldi. Martın 2 – də keçirilmiş hərracların nəticələrinə gör Brent-in may fyuçersinin qiyməti $0.99 (1,55%) - barel başına $62,70-ə düşüb.

9:33 üçün Nyu-York əmtəə birjasında (NYMEX)WTI-nin aprel neft fyuçersinin qiyməti 0,09 (0,15%) – barel başına $59,84-ə yüksəldi. Martın 2-də keçirilmiş hərracların nəticələrinə görə, aprel ayına ılan fyuçers $ 0,89 (1,47%) – bir barel üçün 59,75 dollara düşdü.

API hesabatına görə, ötən həftə ABŞ-ın ehtiyatları 7,36 milyon barel, daha əvvəlki   həftə 1,03 milyon artıb.

ABŞ-da enerji ehtiyatlarının rəsmi hesabatı ABŞ-ın Energetika Nazirliyi tərəfindən çərşənbə günü açıqlanacaq.

Həmçinin çərşənbə günü OPEC+ (JMMC) Nazirlər Monitorinq Komitəsi ölkələr üçün artırılma variantını müzakirə edəcək.

 

Bütün xəbərlər