330x110
 

Bakıda bəzi avtobusların istiqaməti dəyişdirilib – Siyahı

03.03.2021,14:41


3 mart, Fineko/abc.az. Bakıda 6, 88, 88A və 202 nömrəli müntəzəm marşrutların hərəkət istiqamətləri müvəqqəti olaraq dəyişdirilib.

Bakı Nəqliyyat Agentliyindən ABC.AZ-a daxil olan məlumata görə, buna səbəb İbrahimpaşa Dadaşov küçəsinin Süleyman Sani Axundov kəsişməsindən Cəfər Xandan küçəsinin kəsişməsinə qədər olan hissəsində aparılan təmir işləridir.

Belə ki, 6, 88 və 88A nömrəli müntəzəm marşrutlar üzrə avtobuslar mərkəz istiqamətində Süleyman Sani Axundov-Şövkət Məmmədova-Cəfər Xandan küçələri ilə, 88 nömrəli avtobuslar “Azadlıq prospekti” metro stansiyası istiqamətində Azadlıq prospekti-Süleyman Sani Axundov küçələri ilə, 202 nömrəli avtobuslar isə “Nəriman Nərimanov” metro stansiyası istiqamətində Süleyman Sani Axundov–Şövkət Məmmədova küçələri ilə hərəkət edəcək.