330x110
 

Fondun indiyənədək verdiyi ipoteka kreditinin həcmi açıqlanıb - Məbləğ

03.03.2021,15:23


3 mart, Fineko/abc.az. Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu 32 386 borcalana 1 mlrd 701,24 mln manat (1 milyard ABŞ dolları) məbləğində ipoteka krediti verib.

ABC.AZ-ın məlumatına görə, bu barədə Fondun açıqlamasında bildirilir.

Bundan başqa, qurum bəyan edib ki, indiyə qədər 231,27 mln manat məbləğində biznes kreditlərinə zəmanət verib, 619 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.