Azərbaycan Respublikası Dövlət Neft Fondu fevralda valyuta hərraclarında 346,1 milyon dollar həcmində vəsait satıb

11:38 - 5.03.2018


5 mart, Fineko/abc.az. Azərbaycan Respublikası Dövlət  Neft Fondu (SOFAZ) yerli bazarda xarici valyuta satışlarının şəffaflığını saxlayır.

Neft Fondu məlumat verir ki, fevral ayında valyuta hərraclarında Fond tərəfindən 364,1 milyon dollar həcmində valyuta satılıb, yanvar ayında isə bu göstərici 299,1 milyon dollar təşkil etmişdir.

Ümumilikdə  2017-ci il ərzində SOFAZ hərraclarda 3608,42 milyon dollar həcmində valyuta satıb.

2017-ci ildən etibarən Fondun vəsaitləri valyuta bazarında dolayısı yolla da - maliyyə sabitliyinin dəstəklənməsi üçün, SOFAZ-ın büdcəsindən Mərkəzi Banka transfert  çərçivəsndə iştirak edir.

 

Bütün xəbərlər