330x110
 

Əli Əsədov iclas keçirdi – Detallar

04.03.2021,11:31


4 mart, Fineko/abc.az. Baş nazir Əli Əsədovun sədrliyi ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq “2021-2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması məqsədilə yaradılan Komissiyanın ilk iclası keçirilib.

Nazirlər Kabinetindən ABC.AZ-a daxil olan məlumata görə, iclasda yaradılmış Komissiyanın 10 alt işçi qrupunun fəaliyyət istiqamətləri, iş planları və onun koordinasiyası, hesabatlıq və təşkilati məsələlər müzakirə olunub.