Azərbaycan Mərkəzi Bankı valyuta hərracında banklara $44,1 mln. satdı

12:42 - 4.03.2021


4 mart, Fineko/abc.az. Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilmişdir.

AMB-nin məlumatında deyilir ki, 4 mart 2021-ci il tarixində keçirilən hərracda banklara $44,1 mln satılıb.

“Hərracda tələb 44,1 mln. ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir”, - deyə məlumatda bildirilir.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır.

 

Bütün xəbərlər