330x110
 

Komitə sədri gömrük artımları ilə bağlı iddialara aydınlıq gətirib

04.03.2021,14:29


4 mart, Fineko/abc.az. Bəzi ekspertlər gömrük artımını devalvasiya ilə əlaqəndirirlər.

ABC.AZ-ın məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bu gün keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, bu nəticələrin daha da yaxşı olması üçün fəaliyyət göstəririk.

"Nəyi yoxlayırlar? Buyurub gəlib yoxlasınlar. Biz qanunlarla işləyirik. Göstərdik ki, hansı mallar idxaldan azad edilib. Sən necə özündən 8 faiz çıxarıb hesablaya bilərsən?! Toplama-çıxma bilmirlərsə, ən az bizim differensial faizlərə baxsınlar” deyə S. Mehdiyev qeyd edib.