330x110
 

Azərbaycana gətiriləcək bu avtomobillərə rüsumlar artırıla bilər – Səbəb

04.03.2021,14:46


4 mart, Fineko/abc.az. Azərbaycanda avtomobil parkın yenilənməsi ilə bağlı layihələr müzakirə olunur.

ABC.AZ-ın məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib.

O qeyd edib ki, müzakirə mövzusu yeni nəqliyyat vasitələrinin gömrük rüsumlarının aşağı salınması və ya alternativ nəqliyyat vasitələrinin, xüsusilə də söhbət benzinlə işləməyən digər nəqliyyat vasitələrinə üstünlük verilməsi ilə bağlı layihələrdən gedir:

"Burada söhbət istehsalı 5 ildən yuxarı olan nəqliyyat vasitələrinin ölkəyə gətirilməməsi və ya gətirilərsə belə, onlara olan vergi rüsumlarının artırılmasından gedir ki, köhnə avtomobillərin idxal ehtimalı az olsun".