330x110
 

İki ayda məcburi dövlət sosial sığortası üzrə daxilolmalar artıb

04.03.2021,15:17


4 mart, Fineko/abc.az. 2021-ci ilin yanvar-fevral aylarında proqnoza nisbətdə məcburi dövlət sosial sığortası üzrə daxilolmalar 70 milyon manat və ya 14,8% artıb.

Bu barədə ABC.AZ-a Dövlət Sosial Müdafiə Fondundan bildirilib.

Fonddan qeyd olunub ki, ötən ilin analoji dövrü ilə müqayisədə büdcə təşkilatlarında 12,3%, qeyri-büdcə təşkilatlarında isə 9,1% artım qeydə alınıb.