330x110
 

Ərdoğan Ermənistanla münasibətdən danışıb

04.03.2021,16:05


4 mart, Fineko/abc.az. Qarabağda təhlükəsizlik və sabitliyin qurulması Türkiyənin prioritet məsələlərindən biridir.

ABC.AZ xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının 14-cü Liderlər Sammitində bildirib.

O qeyd edib ki, Ermənistanın atacağı sülhpərəst addımlarla regional sabitliyə dəstək olacağını hesab edirik.

"Bu andan etibarən prioritetimiz Qarabağda təhlükəsizlik və sabitliyin bərqərar olmasına kömək etmək və 30 illik işğalın zərərlərini birlikdə aradan qaldırmaqdır”,- deyə Ərdoğan qeyd edib.