330x110
 

Gürcüstanın Azərbaycandan aldığı elektrik enerjisinin həcmi artıb

05.03.2021,10:20


5 mart, Fineko/abc.az. Gürcüstan bu ilin yanvar-fevral aylarında 827,8 milyon kilovat/saat elektrik enerjisi tədarük edib. Bunun da 299,7 milyon kilovat/saatı və yaxud 36,2 faizi Azərbaycandan idxal olunub.

ABC.AZ Azərtaca istinadən xəbər verir ki, bu barədə “Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru”nun (ESCO) hesabatında deyilib.

Bildirilir ki, Azərbaycandan idxal olunan elektrik enerjisinin həcmi illik müqayisədə 16,7 faiz artıb.

Gürcüstan hesabat dövründə ən çox Rusiyadan elektrik enerjisi alıb - 521 milyon kilovat/saat.