330x110
 

Azərbaycanda 6 bankın nizamnamə kapitalı artıb

05.03.2021,11:34


5 mart, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 6-nın nizamnamə kapitalı illik müqayisədə çox olub.

ABC.AZ  renkinq-ə istinadən xəbər verir ki, bunlar “Premium Bank”, “Kapital Bank”, “Yelo Bank”, “Turan Bank”, “Naxçıvan Bank” və “PAŞA Bank”dır.

Ən yüksək dinamika “Premium Bank”da (47,8%), ən aşağı dinamika isə “PAŞA Bank”da (6,5%) qeydə alınıb.

Qalan 20 bankın nizamnamə kapitalı dəyişməyib.