330x110
 

Azərbaycanda 5 bankın nizamnamə kapitalı 300 milyon manatdan çoxdur

05.03.2021,12:01


5 mart, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 5-nin nizamnamə kapitalı bu il yanvarın 1-nə illik müqayisədə çox olub.

ABC.AZ  renkinq-ə istinadən xəbər verir ki, bunlar “Azərbaycan Beynəlxalq Bankı” (1 241,287 milyon manat), “Yelo Bank” (378 milyon manat), “Xalq Bank” (364,773 milyon manat), “PAŞA Bank” (354,512 milyon manat) və “Bank VTB Azərbaycan”dır (315,815 milyon manat).

Qalan 21 bankdan 7-də nizamnamə kapitalı 100-300 milyon manat arasında, 10 bankda 50-100 milyon manat arasında, 3 bankda 50 milyon manat, 1 bankda isə 10 milyon manatdan azdır.