ARDNF "Şahdəniz"dən əldə etdiyi gəlirlərin azalmasına aydınlıq gətirib

12:19 - 5.03.2021


5 mart, Fineko/abc.az. Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi layihəsi çərçivəsində müxtəlif alıcılarla müəyyən razılaşmalar mövcuddur.

Bu razılaşmalara əsasən, zəruri hallarda müqavilələr çərçivəsində satın alınan qaz üzrə vəsaitlər dövlətin gəlirli pay hesabına kompensasiya edilir.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki,  layihədən qaz üzrə gəlirlərin olmamağının səbəbi ilə bağlı sorğuya cavab olaraq ARDNF-dən bildirilib ki, sözügedən halda tərəflər arasında imzalanmış çoxtərəfli müqaviləyə əsasən, bu vəsait Neft Fonduna qaytarılmalıdır: "Bütün bunları nəzərə alaraq, ARDNF 2021-ci ilin yanvar-fevral aylarında "Şahdəniz" layihəsi çərçivəsində qazın satışından gəlir əldə etməyib".

 

Bütün xəbərlər