330x110
 

Bu il “OPEC+” sazişinə 103 faiz əməl olunub

05.03.2021,12:32


5 mart, Fineko/abc.az. OPEC və qeyri-OPEC ölkələri (“OPEC+”) neft hasilatının azaldılmasına dair öhdəliklərə cari ildə 103 faiz əməl edib.

ABC.AZ azərtaca istinadən xəbər verir ki, bu barədə “OPEC+” nazirlərinin videokonfrans formatında keçirilən 14-cü iclasında deyilib.

Nazirlər mart ayı üzrə istehsal kvotalarının aprel ayında da davam etdirilməsini təsdiqləyib, Rusiya və Qazaxıstanın istehsalı müvafiq olaraq gündəlik 130 və 20 min barrel artırmasına icazə verilib.

İclasda Müştərək Texniki Komissiya (JTC) tərəfindən hazırlanan aylıq hesabat və qlobal neft bazarındakı inkişafları nəzərdən keçirilib, OPEC və OPEC-ə üzv olmayan ölkələrin öhdəliklərə əməletmə səviyyəsindəki müsbət performans alqışlanıb.

Həmçinin Səudiyyə Ərəbistanının bu il fevralın 1-dən etibarən 2 ay ərzində qüvvədə olan neft hasilatını könüllü tənzimləməsi təşəbbüsünün əhəmiyyəti də vurğulanıb.