330x110
 

Mübariz Mənsimov sərbəst buraxılıb

05.03.2021,14:18


5 mart, Fineko/abc.az. Bu gün FETÖ terror təşkilatına üzv olmaqda ittiham edilən azərbaycanlı iş adamı Mübariz Mənsimovun məhkəməsi keçirilib.

ABC.AZ-ın  məlumatına görə, Mənsimov ifadəsində ona qarşı irəli sürülən ittihamları qəbul etməyərək bəraətini istəyib.

Hakimin qərarına əsasən, iş adamı məhkəmə nəzarəti altında sərbəst buraxılıb.