Azərbaycanda halal turizm standartları tətbiq olunacaq

05.03.2018,14:52


5 mart, Fineko/abc.az. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi göstərilən xidmətlərin çeşidini genişləndirmək üçün tədbirlər görür.

Nazirliyin turizm sektorunun rəhbəri Aydın İsmiyev bildirib ki, qurum, halal turizm standartlarının işlənib hazırlanması üzərində işlər görür.

“Belə standartların hazırlanması məsələsi, ərəb ölkələrindən ölkəmizə  gələn turist axını nəticəsində aktual  və zəruri olub”, - A.İsmiyev belə deyib.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi məlumatlarına görə, Azərbaycana gələn turistlərin sayı 2018-ci ilin yanvar ayında 185 min nəfərdən artıq olub ki, bu da ötən ilin analoji dövrü  ilə müqayisədə  17% çoxdur.  Gələnlərin əksəriyyəti  Rusiyadan olub: 59 990  nəfər,  Gürcüstandan 45 679 nəfər, Türkiyədən - 24 276 nəfər, İrandan - 13 437 nəfər,  BƏƏ-dən isə - 8265 nəfər gəlib. Keçən ilin yanvar ayı ilə müqayisədə, turistlərin maksimal sayı  Küveyt (540%), Pakistan (316%), Hindistan (234%) və Qətər (167%) kimi ölkələrdən olub. Bu ölkələrdən gələnlərin sayı 5 720 nəfər və ya ümumi axınının artımından 21% artıb.

 

Açar sözlər: Turizm