Bu ölkədə 5 neft-kimya zavodu tikiləcək

14:50 - 5.03.2021


5 mart, Fineko/abc.az. Qazaxıstanda 2025-ci ilədək beş neft-kimya zavodu tikiləcək.

ABC.AZ-ın Apa-ya istibadən məlumatına görə, Qazaxıstan mətbuatının verdiyi məlumata görə, bu barədə ölkənin energetika naziri Nurlan Noqayev bildirib.

Onun sözlərinə görə, sözügedən müəssisələrindən üçü Aktau, ikisi isə Şımkend və Uralsk şəhərlərində inşa ediləcək.

Nazir vurğulayıb ki, 2021-ci ildə neft-kimya sənayesinin inkişafına dair milli layihə hazırlanacaq.

Məqsəd – neft-kimya istehsalını sürətləndirmək və potensial investorlar üçün cəlbedici şərait yaratmaqdır.

 

Bütün xəbərlər