Gəncənin əhalisinin sayı açıqlanıb - Qadınlar kişilərdən çoxdur

15:35 - 5.03.2021


5 mart, Fineko/abc.az. Ərazisi 125 kvadrat kilometri əhatə edən Gəncə şəhərinin əhalisi 1 yanvar 2021-ci il vəziyyətinə 335802 nəfər təşkil edib.

Gəncə Şəhər Statistika İdarəsindən ABC.AZ-a verilən məlumata görə, onların 152997 nəfəri Nizami rayonunda, 182805 nəfəri isə Kəpəz rayonunda yaşayır.

Əhalinin 163887 nəfəri kişilərdən, 171915 nəfəri qadınlardan ibarətdir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər