330x110
 

Üç il ərzində ölkə həyatında bir çox önəmli hadisələr baş verib - Prezident

05.03.2021,16:12


5 mart, Fineko/abc.az. Bildiyiniz kimi bu gün Yeni Azərbaycan Partiyasının VII qurultayı keçirilib.

ABC.AZ-ın məlumatına görə, Prezident İlham Əliyev qurultayda çıxış edərək bəzi məqanlara aydınlıq gətirib.

Dövlət başçısı qeyd edib ki, Yeni Azərbaycan Partiyasının VI qurultayından ötən üç il ölkəmiz üçün, bölgəmiz üçün həlledici illər olub.

"Üç il ərzində ölkə həyatında bir çox önəmli hadisələr baş verib və təbii ki, onların arasında ən mühümü ərazi bütövlüyümüzün bərpa edilməsi, Vətən müharibəsində parlaq Qələbənin qazanılmasıdır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, işğalçıları əzəli torpaqlarımızdan qovdu və beləliklə, tarixi ədaləti bərpa etdi” deyə Prezident qeyd edib.