Bölgədə yeni əməkdaşlıq imkanları yaranıb - İlham Əliyev

16:56 - 5.03.2021


5 mart, Fineko/abc.az. İkinci Qarabağ müharibəsinin nəticələri də bölgə üçün yeni reallıqlar yaradıb.

ABC.AZ-ın məlumatına görə, bu fikirləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VII qurultayındakı çıxışında söyləyib.

Dövlət başçısı daha sonra bunları qeyd edib: “Bölgədə yeni əməkdaşlıq imkanları yaranıb. Uzunmüddətli sülhün təmin edilməsi üçün çox önəmli şərtlər, eyni zamanda, ölkəmizdə də yeni dövrə qədəm qoymaq üçün yeni imkanlar yaranıb”.

 

Bütün xəbərlər