330x110
 

Komitə sədrinə yeni vəzifə verildi - Sərəncam

05.03.2021,17:06


5 mart, Fineko/abc.az. Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinə uyğun olaraq, Partiyanın sədri İlham Əliyev bir neçə təyinat həyata keçirib.

ABC.AZ xəbər verir ki, dövlət başçısının Sərəncamı ilə Mehriban Əliyeva partiya sədrinin birinci müavini, Əli Əhmədov partiya sədrinin müavini, Tahir Budaqov partiya sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri təyin edilib.

Qeyd edək ki, yeni struktur islahatlarına əsasən, YAP-da İcra katibliyi Mərkəzi Aparatla əvəzlənib. YAP-ın icra katibi Əli Əhmədovun yerinə, həmin səlahiyyətləri Tahir Budaqov həyata keçirəcək.