Beynəlxalq aləmdə Azərbaycanı çox böyük nüfuza malik ölkəyə çevirdik - Prezident

17:17 - 5.03.2021


5 mart, Fineko/abc.az. Biz bütün işləri ardıcıllıqla edirik və əgər son 17 illik tariximizə nəzər salsaq görərik ki, qarşıya hədəflər qoyulurdu, hədəflər düzgün müəyyən edilirdi, biz bu hədəflərə çatırdıq və ondan sonra qarşımıza yeni hədəfləri qoyurduq.

ABC.AZ-ın məlumatına görə, bunu Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VII qurultayındakı çıxışında deyib.

Dövlət başçısı qeyd edib ki, bununla da həm siyasi, həm iqtisadi sahədə dayanıqlı inkişafı təmin etdik, beynəlxalq aləmdə Azərbaycanı çox böyük nüfuza və hörmətə malik olan ölkəyə çevirdik və əsas məsələmizi - ərazi bütövlüyümüzün bərpasını təmin etdik.

 

Bütün xəbərlər