Omanın “SalamAir” aşağı büdcəli aviaşirkəti Azərbaycana uçuşlar təşkil etmək istəyir

15:00 - 5.03.2018


5 mart, Fineko/abc.az.  Fevralın 28-dən İranın Şiraz şəhərinə uçuşların təşkilini başlayan “SalamAir” aşağı büdcəli aviaşirkəti (Oman), yaxın gələcəyə təyin etdiyi planlarını açıqlayıb.

Şirkət, uçuşların coğrafiyasını genişləndirməyi planlaşdırdığını bildirib. Uçuşlar üçün yeni istiqamətlər Azərbaycan, Gürcüstan, Banqladeş və digər ölkələr göstərilib.

“SalamAir” aşağı büdcəli aviaşirkət  2016-cı ildən fəaliyyət göstərir və “Airbus A320-200” təyyarələrində doqquz istiqamətdə uçuşlar həyata keçirir.

 

 

Bütün xəbərlər