Neftin qiyməti yüksəlir, Brent-in bir bareli $68,67 təşkil edir

10:19 - 9.03.2021


9 mart, Fineko/abc.az. Neft qiymətləri çərşənbə axşamı keçirilən ticarətdə yüksəlir.

Saat 9:32-də London ICE Futures birjasında keçirilən ticarətdə Brent-in may ayına olan fyuçersinin qiyməti barrel başına $0,43 (0,63%) – 68,67 dollara yüksəldi. 8 martda keçirilən ticarətin nəticələrinə görə, Brent-in may ayına olan fyuçers qiyməti $1,12 (1,62%) – bir barelə $68,24-a düşdü.

Saat 9:32-də Nyu-York əmtəə birjasında (NYMEX) WTI-nin aprel ayına olan fyuçersinin qiyməti $0,34 (0,52%) - barrel başına $65,39-a yüksəldi. 8 mart ticarətinin nəticələrinə görə, aprel ayına fyuçers $1,04 (1,57%) – bir barelə $65,05-a düşdü.

 

Bütün xəbərlər