Bir neçə bankda kapital çatışmazlığı problemi yaşana bilər – Ekspert

10:50 - 9.03.2021


9 mart, Fineko/abc.az. Bütövlükdə bankların hesabatlığına inansaq, ötən ili gözləniləndən daha yaxşı bitiriblər.

Bunu ABC.AZ-a ekspert Əkrəm Həsənov bankların ötən ilki maliyyə durumunu şərh edərkən deyib.

Onun sözlərinə görə, hazırda bütün dünyada pandemiya səbəbindən bankların fəaliyyətində ciddi problemler var:

"Bir tərəfdən depozit bazaları azalır, digər tərəfdən isə problemli kreditləri artır. Bizdə də bu proses müşahidə olunur. Amma əksər banklarımızda vəziyyət ümumən qənaətbəxşdir. Bir neçə bankda isə kapital çatışmazlığı problemi yaşana bilər və onlar əlavə sərmayə qoymasalar, taleleri pis ola bilər. Ümumən ise bu il ve yaxın aylar ərzində bank sistemimizin vəziyyəti daha çox pandemiyanın səviyyəsi ilə bağlı olacaq. Həm bizdə, həm də dünyada məhdudiyyətlər aradan qalxdıqca, bank sektorunun da vəziyyəti düzələcək".

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər