Azərbaycanın banklarında problemli kreditlər azalır – BVF nümayəndəsi

11:58 - 9.03.2021


9 mart, Fineko/abc.az. "Azərbaycanın bank sektoru əhəmiyyətli kapital və likvidlik buferlərinə malikdir və problemli kreditlərin həcmi azalır".

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri Natalia Tamirisa deyib.

Onun sözlərinə görə, COVID-19 pandemiyası və onunla əlaqəli iqtisadi pozuntuların gələcəkdə bank kreditlərinin keyfiyyətinə necə təsir göstərəcəyi hələ qeyri-müəyyəndir: "Kreditlərin bir çoxu pandemiya dövründə restrukturizasiya olunub və onların gələcək illərdəki performansı qeyri-müəyyəndir".

Qeyd edək ki, 2021-ci ilin yanvarın 31-nə Azərbaycanda ödəmə müddəti keçmiş kreditlərin həcmi 900,4 mln. manat təşkil edib.

Bu göstərici son bir ayda 0,8% artıb, illik müqayisə isə 31,1% azalıb və cəmi kreditlərdə payı 6,2% təşkil edib.

 

Bütün xəbərlər