Gəncə və Naxçıvan şəhərləri arasındakı uçuşun müddəti azaldılacaq?

17:01 - 9.03.2021


9 mart, Fineko/abc.az. Gəncə və Naxçıvan şəhərləri arasında uçuşların İran və Türkiyə üzərindən yerinə yetirilməsi uçuş müddətinin təxminən 2 dəfə artması və əlavə maliyyə xərcləri ilə nəticələnir.

ABC.AZ xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2020-ci ildəki fəaliyyəti ilə bağlı hesabatda bildirilir.

Hesabatda qeyd olunub ki, son zamanlar regionda yaranmış vəziyyət nəzərə alınaraq məsələyə yenidən baxılması nəzərdə tutulur.

 

Bütün xəbərlər