18 min hektar torpaq sahəsi Bakı ŞİH-in idarəçiliyinə qaytarılacaq – Təklif

10:58 - 10.03.2021


10 mart, Fineko/abc.az. Abşeron rayon İcra Hakimiyyətinin istifadəsindən Bakı ŞİH-nin idarəçiliyinə qaytarılması nəzərdə tutulan ərazilərin müəyyənləşdirilməsi işlərinə başlanılıb.

ABC.AZ xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatında qeyd edilib.

Aparılmış monitorinqlər nəticəsində Abşeron RİH-nin idarəçiliyində olan və Bakı şəhərinin Xəzər, Sabunçu, Suraxanı və Binəqədi rayonları ərazisində yerləşən 18 min hektar torpaq sahəsi müəyyən edilib və Bakı ŞİH-in idarəçiliyinə qaytarılması təklif olunub.

 

Bütün xəbərlər