Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı qanun layihəsi hazırlanır

11:10 - 10.03.2021


10 mart, Fineko/abc.az. Dövlət əmlakının özəlləşdirilməsi və istifadəyə verilməsi sahəsində yeni qanun layihəsi hazırlanır.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb.

Sənəddə qeyd edilib ki, qeyri-neft sektorunun inkişaf etdirilməsi və dövlət qurumlarında tənzimləyici və kommersiya funksiyalarının ayrılaraq özəl sektora keçməsi istiqamətində təkliflər hazırlanır.

Dövlət-özəl tərəfdaşlığı haqqında qanun layihəsinin qəbulu və Dövlət İnvestisiya Holdinqinin yaradılması da bu işlərə öz töhfəsini verəcək.

Hesabatda həmçinin hazırda dövlət əmlakının özəlləşdirilməsi və idarəetməyə verilməsi sahəsində yeni qanun layihəsi hazırlanmaqdadır.

 

Bütün xəbərlər