İlon Mask bir gündə 25 milyard dollar qazandı

11:27 - 10.03.2021


10 mart, Fineko/abc.az. “SpaceX” və “Tesla” səhmlərinə sahib olan İlon Maskın sərvəti bir gündə rekord səviyyədə - 25 milyard dollar artıb.

ABC.AZ-ın məlumatına görə, bununla da onun varidatı 174 milyard dollara çatıb.

İqtisadçılar Maskın sərvətinin artmasını “Tesla” səhmlərinin sürətlə bahalaşması  ilə əlaqələndirir.

Belə ki, “Tesla” səhmlərinin qiyməti bir gündə 19,64 % bahalaşaraq 673,58 dollar olub.

Hazırda İlon Mask dünya milyarderləri arasında Ceff Bezosdan sonra ikinci yerdə qərarlaşıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər