“Şır-Şır Kafe”-nin fəaliyyəti dayandırıldı

12:17 - 10.03.2021


10 mart, Fineko/abc.az. Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Ağdam rayonu, Quzanlı qəsəbəsindəki “Şır-Şır Kafe” ictimai iaşə müəssisəsində yoxlama keçirilib.

AQTA-dan ABC.AZ-a verilən məlumata görə, yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində qüvvədə olan normativ hüquqi aktların tələblərinə cavab vermədiyi, qida məhsullarının saxlanma rejiminə, mal qonşuluğu prinsipinə əməl olunmadığı, işçilərin şəxsi gigiyena qaydalarına riayət etmədiyi aşkar edilib.

Aşkar edilmiş nöqsanlarla bağlı müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

 


Bütün xəbərlər