Müntəzəm marşrut xətlərində qiymətlər bahalaşıb? – DANX-dan açıqlama

12:31 - 10.03.2021


10 mart, Fineko/abc.az. Süni qiymət artımı ilə bağlı daxil olan şikayətlərin 96 faizi müntəzəm marşrut xətlərinə aid deyil.

ABC.AZ Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə  istinadən xəbər verir ki, bu günə qədər süni qiymət artımı ilə bağlı daxil olan şikayətlərin 96 faizinin müntəzəm marşrut xətlərinə aid olmadığı aşkarlanıb.

Müntəzəm marşrut xətlərində rast gəlinən süni qiymət artımının isə sürücünün fərdi təşəbbüsü olduğu məlum olub.

Bununla bağlı müvafiq daşıyıcı şirkətə məlumat verilərək problem həllini tapıb, gediş haqqı əvvəlki vəziyyətinə qaytarılıb.

 

Bütün xəbərlər