14:19 - 10.03.2021
10 mart, Fineko/abc.az. Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında Azərbaycanda ictimai nəqliyyatda yeni tarif mexanizimi tətbiq olunacağı qeyd olunub. Bu xəbər ictinaiyyətdə çaşqınlıq yaradıb. Belə ki, sözügedən məlumatan sonra çoxları ictimai nəqliyyatda gediş haqqının artacağı qənaətinə gəlib.
Məsələyə münasibət öyrənmək üçün millət vəkili Vüqar Bayramovla əlaqə saxladıq.
V.Bayramov ABC.AZ-a açıqlamasında bildirdi ki, ictimai nəqliyyatda qiymətlər Tarif Şurası tərəfindən müəyyənləşdirilir.
Millət vəkili qeyd edib ki, bunlar tənzimlənən qiymətlərdir, tariflərdir və bazar tərəfindən müəyyənləşdirilmir: "Yanacağın qiyməti artan zaman hökumət tərəfindən verilən açıqlamalardan biri də bu istiqamətdə dəstək paketinin genişləndirilməsi ilə bağlı oldu. Çünki dəstək paketinin genişləndirilməsi ictimai nəqliyyatda tariflərin stabilliyinin qorunub saxlanması baxımından vacib hesab olunur. Düşünürəm ki, dəstək paketinin genişləndirilməsi məqsədəuyğundur və xüsusən də ictimai nəqliyyatda fəaliyyət göstərən sahibkarlara təşviq verici və digər formada dəstəyin verilməsi müsbət haldır. Bu dəstək onların xərclərinin bir hissəsinin məhz həmin dəstək proqramı çərçivəsində kompensasiya olunması aspektindən vacibdir. O baxımdan 2021-ci ildə ictimai nəqliyyatda tariflərin necə dəyişəcəyi və ya dəyişib, dəyişməyəcəyi birbaşa Tarif Şurasının qəbul edəcəyi qərardır".
Müəllif: Elmir Murad
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
22 Aprel 2024
22 Aprel 2024
22 Aprel 2024
22 Aprel 2024
23 Aprel 2024
23 Aprel 2024