Azərbaycan İnvestisiya Şirkətinin mənfəəti təxminən 50 milyon manata çatdırılıb

15:21 - 5.03.2018


5 mart, Fineko/abc.az. Azərbaycan İnvestisiya Şirkətinin (AİŞ) 2006-2017-ci illər ərzində xalis mənfəəti 47 milyon manat təşkil edib.

Şirkətin icraçı direktoru Rövşən Nəcəf deyib ki, hesabat dövrü ərzində şirkətin əməliyyat xərcləri 15 mln. manat, mənfəət vergisi ödəmələri isə 12 mln. manat təşkil edib.

“2017-ci ildə şirkətin əməliyyat gəlirləri 4,785 mln. manat, əməliyyat xərcləri 1,839 mln. manat, mənfəət vergisi ödəmələri 589 min manat təşkil etmişdir. Bu zaman, şirkət, 1,253 mln. manat həcmində dividendlər və  2,738 mln. manat həcmində xalis mənfəət əldə edib”, - R.Nəcəf belə deyib.

 

Bütün xəbərlər