Bir ayda Gömrük Komitəsinə 11 min 929 müraciət daxil olub

16:07 - 10.03.2021


10 mart, Fineko/abc.az. 2021-ci ilin fevral ayı ərzində Dövlət Gömrük Komitəsi Cağrı mərkəzi vasitəsilə 11 min 929 müraciəti cavablandırıb.

ABC.AZ Komitəyə istinadən xəbər verir ki, müraciətlərin 5659-u və ya 47,4%-i elektron xidmətlər ilə bağlı, 3,549-u və ya 29,7%-i fiziki şəxslər tərəfindən istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar ilə bağlı olub.

 

Bütün xəbərlər