İsrail Azərbaycan neftinin əsas alıcılarından biridir

11:04 - 11.03.2021


11 mart, Fineko/abc.az. İsrail şirkətləri Dağlıq Qarabağın bərpasında Azərbayacana kömək təklif edir.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu “İsraildə Azərbaycan Evi”nin rəhbəri Arye Qut deyib.

Onun sözlərinə görə, İsrail şirkətləri Azərbaycanın işğaldan azad etdiyi ərazilərə investisiya yatırmaqda maraqlıdır.

A.Qut deyib ki, Azərbaycan və İsrail sıx əməkdaşlığı sayəsində aqrar, tibbi, müdafiə və digər sahələrdə əlaqələri möhkəmləndirib: “İsrail Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub, Avrasiyada heç bir ölkə İsrail üçün Azərbaycandan daha yaxın dost olmayıb. Bununla yanaşı, İsrail Azərbaycan neftinin əsas alıcılarından biridir”.

 

Bütün xəbərlər